Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) bu dövr üçün “Avropa Aviasiya Hesabatı” dərc olunub.
izmedia.az xəbər verir ki, hesabata görə, İstanbul Hava Limanı 5-11 oktyabr tarixləri arasında gündə orta hesabla 1530 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Bu hava limanını gündə 1386 uçuşla Amsterdam, 1361 uçuşla Paris Şarl de Qoll, 1358 uçuşla Frankfurt və 1305 reyslə Madrid izlədi.
Antalya Hava Limanı gündə orta hesabla 909 uçuşla Avropanın ən işlək 10-cu hava limanı oldu.
![]()

