Milan-Ciddə reysini həyata keçirən Səudiyyə Ərəbistanında yerləşən Flynas Hava Yollarına məxsus A320 tipli sərnişin təyyarəsi bomba təhlükəsi səbəbindən Roma Fiumicino hava limanına məcburi eniş edib.
izmedia.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, təyyarə bu gün yerli vaxtla saat 14.45 radələrində Milan Malpensa hava limanından havaya qalxıb.Bir müddət sonra təyyarə bomba təhlükəsi aldıqdan sonra marşrutunu dəyişərək Roma Fiumicino hava limanına enib.
Təyyarədə 83 sərnişin və 10 ekipaj üzvü olduğu bildirilib.Enişdən sonra təyyarədə təhlükəsizlik yoxlamaları aparılıb.Araşdırmalar nəticəsində bomba təhdidinin yalan olduğu anlaşılıb.
Təyyarənin Ciddəyə getmək üçün sərnişinləri ilə birlikdə gecə saatlarında yenidən Romadan havaya qalxması gözlənilir.
![]()

