Trendyol Superliqa komandalarından olan "Göztepe" mövsümə istədikləri kimi başlaya bilməsə də, son həftələrdə əldə etdikləri nəticələrlə bir dönüş yaradıb.İlk 6 həftədə qələbə sevincini yaşaya bilməyən sarı-qırmızılar beynəlxalq fasilədən sonra ardıcıl 3 qələbə qazanaraq, məğlubiyyətsizlik seriyasını 5 matça çatdıraraq mövsümün ilk həftələrindəki pis gedişini geridə qoyub.
izmedia.az xəbər verir ki, mövsümə Samsunspor ilə səfərdə 3-3 bərabərə başlayan Göztəpə, daha sonra "Gençlerbirliği", "Qalatasaray" və "Qaziantep FK"ya məğlubiyyətlə meydandan ayrılıb.İlk qələbəsini qazanmaqda çətinlik çəkən İzmir təmsilçisi 5-ci həftədə “Alanyaspor”, 6-cı həftədə isə “Çaykur Rizəspor”la heç-heçə edib.Beləliklə, ilk 6 həftəni qələbəsiz başa vuran sarı-qırmızılar milli fasiləyə 3 xalla daxil olub.
Beynəlxalq fasilədən sonra səfərdə “Eyüpspor”la qarşılaşan Stanimir Stoilovun yetirmələri rəqibini 4:0 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.Bu nəticədən həvəslənən Göztəpə növbəti həftə “Kocaelispor”a səfərdə 2:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci qələbəsini qazanıb və məğlubiyyətsizlik seriyasını 4 matça çatdırıb.
Nəhayət, öz meydanında Çorum FK-nı 2:0 hesabı ilə məğlub edən İzmir komandası ilk ev qələbəsini qazanıb.BÖYÜK KOMANDALARI UZAQDA QOYDU
Doğma meydanda istədiyi nəticəni almaqda çətinlik çəkən “Göztepe” səfərdəki çıxışı ilə diqqət çəkib.Bu mövsüm səfərdə oynadığı 5 matçda 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət alan sarı-qırmızılılar 8 xal qazanıb.İzmir təmsilçisi bu performansı ilə "Fənərbaxça", "Trabzonspor" və "Beşiktaş" kimi komandaları geridə qoyaraq, liqada ən çox səfər xalı olan dördüncü komanda olub.Bu sahədə ən yaxşı komanda 10 xal toplayan “Çaykur Rizəspor” və “Kasımpaşa”dırsa, səfərdə bir matçı əskik olan “Qalatasaray” 9 xalla bu iki komandanı izləyir.
![]()

