Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən “Nar Bağı” ailəvi-uşaq parkında ağacəkmə aksiyası keçirilib.
izmedia.az xəbər verir ki, aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 150 müxtəlif növ ağac tingləri əkilib, ərazidə genişmiqyaslı təmizlik işləri aparılıb.
Mövcud ağaclar budanıb, yeni əkilmiş tinglərin kök boğazları torpaqla doldurularaq suvarılıb.
Keçirilən aksiya şəhər mühitinin daha da gözəlləşdirilməsinə və yaşıllıq sahələrinin artırılmasına mühüm töhfə verib.

![]()












