Ben-Gvirdən fələstinli məhbusa ölüm təhdidi: Məlum oldu ki, o, kamerasında güllələnib.

0 Min Read

İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin ölümlə hədələdiyi fələstinli məhbus Həsən Salamehin kamerasında güllələndiyi məlum olub.

İzMedia.az xəbər verir ki, Fələstinli Məhbuslar Birliyi hadisənin 15 sentyabrda, Ben-Qvirin həbsxanaya basqını ilə eyni vaxtda baş verdiyini bildirib.

Salamehin vəkili ziyarət məhdudiyyətləri səbəbindən məlumat əldə edə bilməsə də, hadisə ilə bağlı araşdırma aparılması və məhbusun təhlükəsizliyinin təmin edilməsi üçün çağırışlar edilib.

Salameh 48 ömürlük həbs cəzası çəkir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş