“Qalatasaray”da Osimhen şoku – Ulduz futbolçu əməliyyat olunacaq

1 Min Read

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen dizindən əməliyyat olunacaq.

Sherg.az xəbər verir ki, klub nigeriyalı futbolçunun sol dizində sərbəst fraqment aşkarlandığını və artroskopik əməliyyat keçirəcəyini açıqlayıb. Bu səbəbdən Osimhen noyabrın 7-də “Amedspor”la keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Klubun açıqlamasında bildirilib ki, Osimhen UEFA Çempionlar Liqasında “Ştutqart”la qarşılaşma zamanı sol dizindən zədə alıb. Aparılan MRT müayinəsi nəticəsində dizində sərbəst fraqment aşkarlanıb. Futbolçunun əməliyyatının Maslak Acıbadem Xəstəxanasında klub həkimi Yener İncə tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Sərbəst fraqment nədir?

Diz oynağında sərbəst fraqment (oynaq siçanı və ya sərbəst cisim) oynaq boşluğunda hərəkət edən qopmuş sümük, qığırdaq və ya toxuma parçasıdır. Bu hal adətən zədə, artroz və ya digər xəstəliklər nəticəsində yaranır.

Mövzu ilə bağlı HT Spor-a danışan professor Ufuk Şəkir bildirib ki, Osimhenin dizindəki sərbəst fraqmentin hansı səbəbdən yarandığı vacibdir. Onun sözlərinə görə, əgər problem yalnız həmin parçadan ibarətdirsə, onun götürülməsi çətin əməliyyat sayılmır və futbolçunun meydana qayıtması sürətli ola bilər. Lakin sərbəst fraqment qığırdaq zədələnməsi nəticəsində yaranıbsa, əməliyyatdan sonra reabilitasiya prosesi də tələb oluna bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş