6 noyabr tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri təşkil olunub.
Tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, “ ilə baş tutub.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın qəhrəmanlığından və milli birliyindən bəhs edib.
Daha sonra çıxış edən digər qonaqlar və şəhidlərimizin doğmaları da tədbirdə çıxış edərək öz duyğu və düşüncələrini bölüşüblər.tarixi Qələbənin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayaraq iştirakçıları bayram münasibətilə təbrik ediblər.
Rəsmi hissədən sonra qonaqlar gənclər və idmançılar tərəfindən hazırlanmış sərgilərlə tanış olublar. Daha sonra incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri tədbirə xüsusi bayram ovqatı bəxş edib.
Bayram proqramı çərçivəsində qonaqlar Mərkəzin idman zalında Zəfər Gününə həsr olunmuş güləş yarışını da izləyiblər.
Qeyd edək ki, tədbirdə ümumilikdə 1000 nəfər iştirak edib.
Bu möhtəşəm tədbir bir daha xalqımızın birlik və həmrəyliyini, Vətənə bağlılığını, qəhrəmanlarımızın əziz xatirəsinə olan ehtiramını nümayiş etdirib.
Zəfərimiz qürurumuz, qəhrəmanlarımız daim fəxrimizdir!
![]()





























