Lavrov: Suriya Rusiyanın mövcudluğunu qorumaqda maraqlıdır

1 Min Read

Suriya Ərəb Respublikası ilə münasibətlərin əsasında qarşılıqlı hörmət və fayda prinsipləri dayanır.

İzmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Lavrov qeyd edib ki, Suriyada baş verən dramatik dəyişikliklərdən sonra münasibətlərin normallaşdırılmasına qarşılıqlı maraq var və rəsmi Dəməşq Rusiyanın sabitləşdirici rolunu anlayır. Onun sözlərinə görə, Moskva Suriyanın bir və ya iki xarici amilin təsiri altına düşməməsində maraqlıdır.

Nazir vurğulayıb ki, Rusiyanın Hmeymim və Tartusdakı obyektləri sabitləşdirici rol oynayır və digər oyunçuların təsirini tarazlaşdırır. Hazırda həmin hərbi obyektlərin gələcək fəaliyyəti müzakirə olunur. Lavrovun sözlərinə görə, bu obyektlər yalnız hərbi deyil, humanitar məqsədlər üçün də istifadə oluna bilər.

O əlavə edib ki, Suriya əlverişli tranzit məntəqəsidir və Rusiya bu platformalar vasitəsilə Afrikaya humanitar yardım göndərməyə hazırdır. Digər dövlətlərin də bu imkanlardan istifadə etməsi müsbət qarşılanar.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş