Pakistanda partlayış: 13 ölü, 14 yaralı

1 Min Read

Pakistanın Karaçi şəhərində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

İzmedia.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.

Partlayış səbəbi hələ məlum deyil, hadisə binanın bir hissəsinin çökməsinə gətirib çıxarıb. İlkin məlumatlara görə, partlayış nəticəsində 4-ü uşaq olmaqla 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Hadisə yerinə göndərilən axtarış-xilasetmə qrupları dağıntılar altından bir neçə nəfəri xilas edib. Hələ də dağıntılar altında qaldığı güman edilən iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş