Müharibə davam etdiyi müddətdə “tarixi cəfəngiyat” və keçmişlə bağlı sonsuz müzakirələrlə maraqlanmıram.
İzmedia.az bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabındakı palaşımında yazıb.
Onun sözlərinə görə, əsas prioritet münaqişənin tez bir zamanda sona çatması və konkret təhlükəsizlik həlləridir.
Zelenski vurğulayıb ki, diplomatiyaya keçmək üçün tarixə baxmaq lazım deyil və bunun sadəcə gecikdirmə taktikası olduğunu bildirib. O qeyd edib ki, Vladimir Putin qədər tarix kitabı oxuyub və Rusiya haqqında Putinin Ukrayna barədə bildiyindən daha çox şey bilir.
Prezident əlavə edib ki, Rusiyada bir çox şəhərlərdə olmuş, insanlarla tanış olub və onların mentalitetini yaxşı bilir, buna görə də vaxt itirmək istəmir. O həmçinin qeyd edib ki, Ruslar bu gün yaşadıqları siyasi sistemi özləri seçiblər və dəyişmək qərarı da onlardan asılıdır.
İzmedia.az
![]()

