Azərbaycanda yeni vəzifələr yaradılır

1 Min Read

Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılmasını bir oxunuşda təsdiqləyib.

İzmedia.Az.  Oxu.Az a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Qərarında dəyişikliklər layihəsində öz əksini tapıb.

Sənədə görə, Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramid Zakir oğlu Namazov, Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Daşdəmir oğlu Qurbanov, Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Məmmədəli qızı Paşayeva, Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərim oğlu Allahverənov təyin ediliblər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş