Qazimizin atası vəfat etdi! – FOTO

1 Min Read

Vətən müharibəsi qazisi, 44 günlük şanlı Zəfər tariximizin iştirakçısı Ağayev Namiq Tofiq oğluna ağır itki üz verib.

İzmedia.az-ın əldə etdiyi məlumata görə, qazimizin atası dünyasını dəyişib.

Məlumatımıza görə, uzun illər Cəlilabad Rayon İcra Hakimiyyətinin Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışmış, hazırda təqaüddə olan 26. 11. 1955 təvəllüdlü Tofiq Ağayev bu gün vəfat edib.

Tofiq müəllim ömrünü dövlət qulluğuna və kənd sakinlərinə xidmətə həsr edib,, zəhmətkeş və hörmətli insan kimi yadda qalıb.

Bu ağır itki ilə əlaqədar olaraq Namiq müəllimə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət, doğmalarına səbr və dözüm diləyirik.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş