“Real Madrid”in 27 yaşlı fransız hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsinin Lissabonda “Benfika” ilə cavab oyununu buraxa bilər.
İzmedia.az Fransanın “L’Équipe” nəşrinin məlumat yayıb.
Futbolçu oyunöncəsi məşq zamanı sol dizindən zədə alıb və məşqi yarımçıq tərk edib. Bu səbəbdən Mbappenin matçda iştirakı sual altındadır. Oyunun fevralın 25-də gecə yarısı başlayacağı gözlənilir.
Mbappenin İspaniya La Liqasında da 2 martda “Xetafe” və 7 martda “Selta” ilə oyunlarda iştirakı təhlükə altındadır.
Qeyd edək ki, futbolçu 10 gün əvvəl diz zədəsindən sonra sağalaraq meydana qayıtmış, amma bu səbəbdən La Liqanın 24-cü turunda “Real Sosyedad”la oyununu buraxmışdı.
İzmedia.az
![]()

