Hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşdirilib və yaxın vaxtlarda bu sayın azaldılacağına dair hər hansı əsas yoxdur.
İzmdeida.az xəbər verir ki, bunu Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, açıq mənbələrə əsasən, Polşadakı ABŞ hərbçilərinin əksəriyyəti rotasiya prinsipi ilə xidmət edir. O qeyd edib ki, ötən il ABŞ-nin Polşadakı hərbi mövcudluğunda ciddi artım qeydə alınmayıb.
Ordaş əlavə edib ki, Vaşinqtonun bu kontingenti azaltmaq niyyəti yoxdur. Onun sözlərinə görə, bu mövqe ABŞ prezidenti Donald Tramp tərəfindən Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Polşa prezidenti ilə danışıqlar zamanı təsdiqlənib.
İzmedia.az
![]()

