Füzulidə maşın traktora çırpıldı – 10-cu sinif şagirdi öldü

1 Min Read

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

İzmedia.Az ın  məlumatın görə, hadisə ötən gecə  rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil İbayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş