Sosial şəbəkələrdə Cristiano Ronaldonun bölgədəki gərgin vəziyyətlə əlaqədar təcili olaraq Yaxın Şərqi tərk etməsi barədə şayiələr yayılsa da, futbolçu komanda ilə məşqlərini davam etdirib.
İzmedia.az xəbər verir ki, Al Nassr FC portuqaliyalı ulduzun Ər-Riyadda təlim-məşq toplanışında çəkilmiş fotosunu yayımlayıb.
41 yaşlı hücumçunun 61 milyon funt sterlinq dəyərində şəxsi təyyarəsinin bazar ertəsi axşamı ölkəni tərk etməsi sosial mediada geniş müzakirələrə səbəb olub və müxtəlif ehtimallar irəli sürülüb.
Lakin futbolçunun özü Səudiyyə Ərəbistanını tərk etməyib. Klub bir gün əvvəl onun idman zalında məşq etdiyi videonu da paylaşıb.
İzmedia.az
![]()

