Axios nəşrinin məlumatına görə, rəsmi ABŞ və İsrail mənbələri bildirirlər ki, bir neçə İran kürd silahlı qrupu ölkənin şimal-qərb bölgələrində mümkün quru əməliyyatına hazırlaşır.
Nəşrin yazdığına görə, kürd qüvvələrinin İran ərazisində, xüsusilə Tehran istiqamətində həyata keçirə biləcəyi əməliyyatın ABŞ və İsrail tərəfindən mümkün hava zərbələri ilə əlaqələndiriləcəyi ehtimal edilir.
Mənbələrin fikrincə, belə bir ssenari Tehran hakimiyyətinə təzyiqi artıraraq ölkə daxilində üsyanların başlama ehtimalını yüksəldə bilər.
Məlumata əsasən, müharibə ehtimalından altı gün əvvəl İraq ərazisində fəaliyyət göstərən beş İran kürd təşkilatı “Coalition of Kurdish Political Forces of Iranian Kurdistan” adlı yeni koalisiyanın yaradıldığını elan edib. Bu qurumların minlərlə döyüşçüyə rəhbərlik etdiyi və İran-İraq sərhədi boyunca strateji ərazilərə nəzarət etdiyi bildirilir.
İzmedia.az
![]()

