Rusiya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağa çağıran qətnamə layihəsini hazırlayıb.
İzmedia.az bildirir ki, bu barədə TASS-a mənbə bildirib.
TASS-ın əldə etdiyi sənəddə qeyd olunur ki, “Yaxın Şərqdə və ondan kənarda mövcud hərbi eskalasiya ilə bağlı dərin narahatlıq ifadə olunur, bölgədə davam edən hərbi əməliyyatlar zamanı insan itkilərinin faciəvi şəkildə baş verdiyinə görə kədərlənir”.
Bəyanatda bütün tərəflər dərhal hərbi fəaliyyətlərini dayandırmağa və Yaxın Şərqdə və ondan kənarda vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağırılır. Təhlükəsizlik Şurası “bütün maraqlı tərəfləri heç bir gecikmə olmadan danışıqlara qayıtmağa və siyasi və diplomatik vasitələrdən tam istifadə etməyə” çağırır.
Qətnamə layihəsinin mətnində həmçinin vurğulanır ki, bu, “Yaxın Şərq bölgəsində və ondan kənarda bütün dövlətlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini” əks etdirir.
İzmedia.az
![]()

