ABŞ və İsrail Yaxın Şərqdə sülh və təhlükəsizliyin əsaslarını məhv edir və qlobal qeyri-sabitliyi daha da dərinləşdirir.
İzmedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunur:
“İrana qarşı qanunsuz hərbi hücum həyata keçirərək regionda sülh və təhlükəsizliyin təməlini sarsıdan, həmçinin beynəlxalq miqyasda qeyri-sabitliyi artıran ABŞ və İsrailin təcavüzkar hərəkətləri ilə bağlı ciddi narahatlığımızı bildirir və bunu qətiyyətlə pisləyirik”.
Xarici İşlər Nazirliyi əlavə edib ki, Şimali Koreya “İran xalqının ali liderini və onun seçimini müəyyən etmək hüququna” hörmət edir.
İzmedia.az
![]()

