İsrailin Tehrandakı yanacaq anbarlarına endirdiyi zərbələr ekoloji cinayət təşkil edir və İsrail hakimiyyəti cəzalandırılmalıdır.
İzmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, X şəbəkəsində yazıb:
“İsrailin Tehrandakı yanacaq anbarlarını bombalaması beynəlxalq hüququ pozur və ekoloji cinayət təşkil edir”.
Əraqçi əlavə edib ki, zərbə sakinlərin sağlamlığına və rifahına uzunmüddətli ziyan vurur, torpaq və yeraltı suların çirklənməsi isə nəsillər boyu fəsadlara səbəb ola bilər.
İzmedia.az
![]()

