“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Uembli”də “Karabao” Kubokunu qazandıqdan sonra başındakı qırmızı cızıqlarla diqqət çəkib.
Finalda “Arsenal”ı 2-0 hesabı ilə məğlub edən “Siti” bu kuboku rekord sayda beşinci dəfə qazanaraq mövsümün ilk titulunu əldə edib.
Carabao Kubokunu qazanmaq “Siti” üçün Premyer Liqa və FA Kuboku yarışlarını davam etdirərkən böyük motivasiya yaradıb. “Arsenal” isə bu məğlubiyyətlə “dördqat tac” şansını itirib, lakin Çempionlar Liqasında uğur qazanaraq hələ trebllarını tamamlaya bilər.
Başındakı cızıqlar müzakirə mövzusu oldu
Qvardiolanın başındakı cızıqlar ilk dəfə deyil ki, diqqət çəkir. “The Sun” qəzetinin məlumatına görə, oxşar yaralar 2024-cü ilin noyabrında da müşahidə olunmuşdu. O zaman jurnalistlər onun bu yaraları necə aldığı barədə soruşduqda, Qvardiola zarafatla cavab verdi:
“Burnumu dırnaqla kəsdim” və əlavə etdi: “Özümə zərər vermək istəyirəm…” Daha sonra isə ayağa qalxıb getdi.
Səbəb aydınlaşdırıldı
Qvardiola sonradan başındakı yaraların səbəbini ciddi şəkildə izah edib: “Başındakı göyərmələr dəri problemlərimlə bağlıdır. Xəstəliyə görə iki-üç ildir ki, antihistaminiklər qəbul edirəm. Burnumu dırnaqlarımla cızdım, amma başqa bir şey etmədim.” O, həmçinin əvvəlki zarafatı üçün üzr istədiyini bildirib və bunun ciddi bir problem olduğunu vurğulayıb.
İzmedia.az
![]()

