Rusiya 2026-cı ildə yüzlərlə bərk mineral yatağı, onlarla neft və qaz yatağı kəşf edəcək

1 Min Read

 Bu il Rusiyada yüzlərlə bərk mineral yatağı və onlarla neft-qaz yatağı kəşf edilə bilər.

İzmedia.az xəbər verir ki. bu barədə TASS-a verdiyi müsahibədə Federal Mineral Ehtiyatlar Agentliyinin (Rosnedra) rəhbəri Oleq Kazanov bildirib.

“Bunlar onlarla yeni karbohidrogen yatağı və yüzlərlə bərk mineral yatağı olacaq”, – deyə o əlavə edib.

“Rəssamın rəsm çəkmək üçün planı olmadığı kimi, yataqların kəşfi üçün də bir planımız yoxdur. Bu, yenə də yaradıcı bir prosesdir. Statistikanı təxminən başa düşsək də, nə qədər kəşf etsək, o qədər də kəşf edəcəyik”, – deyə Kazanov izah edib. 

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş