Rusiya Narendra Modinin Moskvaya səfərini gözləyir

1 Min Read

Rusiya bu il ikitərəfli sammitə ev sahibliyi edəcək Hindistanın Baş naziri Narendra Modi-nin Moskvaya səfərində maraqlıdır.

İzmedia.az xəbər verir ki, bu barədə TASS-a xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Diplomatın sözlərinə görə, bu il Rusiya–Hindistan sammitinə ev sahibliyi etmək növbəsi Rusiyaya məxsusdur. O qeyd edib ki, Hindistanın baş naziri Prezident Vladimir Putin-in əlverişli vaxtda Rusiyaya rəsmi səfər etmək dəvətindən yararlanacağına ümid edirlər.

Rudenko vurğulayıb ki, Rusiya və Hindistan üçün müxtəlif səviyyələrdə müntəzəm və sistemli əlaqələrin qorunması böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Vladimir Putin 2025-ci ilin dekabr ayında Hindistana səfər edib. Zirvə görüşü ölkənin paytaxtında keçirilib. Görüş zamanı Moskva və Yeni Dehli müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalayıb və xüsusi imtiyazlı strateji tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş