İsrailin Baş naziri Binyamin Netanyahu Newsmax-a verdiyi müsahibədə ABŞ və İsrailin İrana qarşı müharibədə uğur baxımından yolun yarısını qət etdiyini bildirib.
O, Yaxın Şərqdə ABŞ ilə birgə həyata keçirilən əməliyyatları yüksək qiymətləndirərək İranın hərbi imkanlarının zəiflədilməsində əhəmiyyətli irəliləyişlər əldə olunduğunu qeyd edib.
Netanyahu vurğulayıb ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, tərəflər artıq İranın raket imkanlarını zəiflədib, istehsal obyektlərini məhv edib və nüvə sahəsində fəaliyyət göstərən əsas şəxsləri zərərsizləşdirib.
Baş nazir bildirib ki, “missiyanın uğurunun yarısına çatılıb” və bu istiqamətdə fəaliyyət davam etdirilir.
İzmedia.az
![]()

