BVF: Yaxın Şərq münaqişəsi qlobal iqtisadi perspektivləri bulanıqlaşdırır

1 Min Read

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, Yaxın Şərqdəki münaqişə sabit bərpa əlamətləri göstərən iqtisadiyyatların perspektivlərini qeyri-müəyyən edir.

Hesabatda qeyd olunur ki, “Əhəmiyyətli insan itkisi ilə yanaşı, müharibə ən çox təsirlənən ölkələrdə infrastruktur və sənayeyə uzunmüddətli ziyan vurub. Bu ölkələr davamlı olsalar da, qısamüddətli inkişaf perspektivlərinə mənfi təsir göstəriləcək”.

BVF analitikləri bildirirlər ki, şok qlobal səciyyəli olsa da, təsirlər asimmetrikdir: yoxsul ölkələr və enerji idxalçıları daha həssasdır. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının qiymətlərin artmasına və qlobal iqtisadi artımın yavaşlamasına səbəb olacağı vurğulanır.

Hesabatda həmçinin qeyd olunur ki, münaqişənin davametmə müddəti iqtisadi nəticələr üçün həlledici olacaq və qlobal maliyyə sisteminin inkişafı üçün şərait artıq xeyli pisləşib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş