Moskva Aviasiya İnstitutu mütəxəssisləri GPS siqnalının itirilməsinə davamlı və süni intellektlə təchiz edilmiş dronlar hazırlayır.
İzmedia.az xəbər verir ki, bu barədə institutun nümayəndəsi Anton Lyapin TASS-a məlumat verib.
Onun sözlərinə görə, layihə avtomatlaşdırılmış monitorinq və tanıma sistemlərinin inkişafına yönəlib. Əsas məqsəd dronların muxtariyyətini artırmaq, GPS itkisi zamanı belə naviqasiyanı qorumaq və cihazların uçuş zamanı vəziyyəti qiymətləndirərək qərar qəbul etməsini təmin etməkdir.
Lyapin bildirib ki, institut həmçinin ərazinin xəritələndirilməsi və insanların real vaxt rejimində aşkar edilməsi üçün vizual-inertial naviqasiya sistemi üzərində işləyir. Bundan əlavə, obyektlərin tanınması, maneələrdən yayınma və avtonom marşrut planlaşdırması üçün süni intellekt əsaslı uçuş nəzarətçiləri hazırlanır.
Proqramlaşdırma üzrə texniki mütəxəssis Andrey Berezin isə qeyd edib ki, əsas məqsəd dronların GNSS siqnalı və radio rabitəsi kəsildiyi hallarda belə dəqiq naviqasiya və missiyanın icrasını təmin etməsidir.
Mütəxəssislər dronların çətin şəraitdə belə muxtar şəkildə fəaliyyət göstərərək axtarış-xilasetmə və monitorinq missiyalarını minimal operator müdaxiləsi ilə yerinə yetirməsini hədəfləyirlər.
İzmedia.az
![]()

