Bodrum sahillərində miqrant faciəsi: 19 nəfər ölüb

1 Min Read

Muğlanin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

NTV-nin məlumatına görə, qəza nəticəsində 19 miqrant həyatını itirib, 20 nəfər isə xilas edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Xəbərdarlıqdan sonra əraziyə Türkiyə Sahil Mühafizəsinin bölmələri cəlb olunub. İlkin mərhələdə 11 nəfərin meyiti tapılıb, axtarış-xilasetmə işləri zamanı isə ölənlərin sayı 19-a yüksəlib.

Məlumata görə, ölənlər arasında azyaşlı uşaq da var.

Hadisə ilə bağlı araşdırma davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş