Kanada Ukraynanın enerji sektoruna 20 milyon Kanada dolları ayırıb

1 Min Read

Ukrayna enerji sektorunun yenidən qurulması üçün Ottavadan 20 milyon Kanada dolları (təxminən 14,4 milyon ABŞ dolları) məbləğində maliyyə yardımı alacaq. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko məlumat verib.

Sviridenko Telegram kanalında yazıb ki, Kanada Ukrayna Enerji Dəstək Fonduna 20 milyon Kanada dolları məbləğində ianə etməklə ölkəyə davamlı dəstəyini göstərir.

Ukraynada 2025-ci ilin sonlarından etibarən şiddətli hava şəraiti və enerji infrastrukturuna dəyən ciddi ziyan səbəbindən elektrik təchizatında çətinliklər yaşanır. Ölkənin enerji sektorunda fövqəladə vəziyyət elan olunub və bir çox bölgələrdə gündəlik, bir neçə saat davam edən elektrik kəsintiləri müşahidə edilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş