Futbol üzrə Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.
izmedia.az “Oxu.Az” a istinadən xəbər verir ki, bu gün üç qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Şamaxı” “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq.
Digər oyunda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Zirə” lider “Sabah” klubu ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək matç saat 18:00-da start götürəcək.
Günün son qarşılaşmasında isə “Araz-Naxçıvan” komandası lider “Neftçi” ilə üz-üzə gələcək. “Palms Sports Arena”da keçiriləcək bu matçın start fiti saat 20:00-da səslənəcək.
15:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli;
VAR: Kamal Umudlu;
AVAR: Vüsal Məmmədov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldəniz Musayev;
Şamaxı şəhər stadionu.
18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov;
VAR: Rəvan Həmzəzadə;
AVAR: Teymur Teymurov;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: Elgiz Abbasov;
“Bank Respublika Arena”.
20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev;
VAR: Rauf Cabarov;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Asif Əliyev;
“Palms Sports Arena”.
![]()
