İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İrana qarşı potensial hərbi əməliyyatların bərpasına hazırlıq barədə göstəriş verib.
izmedia.az “Qafqazinfo” a istinadən xəbər verir ki, bu haqda “Ynet” portalı məlumat yayıb.
“Eyal Zamir qoşunlara yüksək döyüş hazırlığına keçməyi və yaxın gələcəkdə İranla mümkün hərbi münaqişənin bərpasına hazır olmağı əmr edib”, – nəşr yazır.
Bildirilir ki, İsrail Hərbi Kəşfiyyatı sürətlə zərbələr üçün hədəflərin siyahısını tərtib edir.
![]()
