Avstraliya Hörmüz boğazında təhlükəsizliyin təmininə qoşula bilər

1 Min Read

Avstraliyanın Baş nazirinin müavini Riçard Marles bildirib ki, davamlı atəşkəs əldə olunacağı təqdirdə ölkəsi Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi səylərində iştirak edə bilər.

O qeyd edib ki, Avstraliya boğazın açıq qalmasına və qlobal yanacaq təchizatı zəncirinin normal fəaliyyətinə böyük əhəmiyyət verir: “Biz bütün tərəfdaşlarımızla, o cümlədən ABŞ-la işləyirik. Eyni zamanda Böyük Britaniya və Fransa ilə də sıx əməkdaşlıq edirik”.

Marles əlavə edib ki, hazırkı vəziyyət qeyri-müəyyəndir: “Atəşkəsin davamında nə baş verəcəyini və Hörmüz boğazında vəziyyətin necə formalaşacağını görməliyik. Bu, gələcək addımların müəyyənləşdirilməsinə imkan verəcək”.

Bundan əvvəl Avstraliya xarici işlər nazirinin köməkçisi Mett Tistletvayt də bildirib ki, davamlı sülhə nail olmağın ən effektiv yolu danışıqlardır.

Xatırladaq ki, İran və ABŞ aprelin 11-də Pakistanın paytaxtı İslamabadda bir neçə raund danışıqlar keçiriblər. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib.

Hər iki tərəf danışıqlardan sonra bəyan edib ki, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. Yeni danışıqlar raundu ilə bağlı təfərrüatlar isə hələ açıqlanmayıb. ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmə planları da gündəmdədir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş