Rusiyanın cənubundakı Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, Ukraynanın Tuapse şəhərinə dron hücumu nəticəsində iki azyaşlı həyatını itirib, iki böyük isə yaralanıb.
O, özünün Max kanalında yazıb: “Tuapsedə yaşayış binalarına terrorçuların dron hücumu nəticəsində beş və 14 yaşlı iki azyaşlı həlak olub. Onların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
Qubernatorun sözlərinə görə, iki yetkin şəxs yaralanıb.
Bundan əlavə, düşən dron parçaları bir çoxmənzilli bina və beş fərdi evə zərər vurub. “Dəniz limanının yaxınlığındakı bir neçə müəssisənin ərazisinə də çoxsaylı parçalar düşüb”, – deyə o əlavə edib.
İzmedia.az
![]()

