Neft qiymətləri İran danışıqları ilə bağlı nikbinlik fonunda ucuzlaşıb

1 Min Read

Reuters agentliyinin məlumatına görə, Ağ Evin Ağ Ev İranla danışıqların mümkün bərpası ilə bağlı “nikbinlik” ifadə etməsi fonunda qlobal neft qiymətləri bir qədər aşağı düşüb.

Məlumata əsasən, Brent neftinin fyuçersləri 0,5% azalaraq barel üçün 94,49 dollara, WTI isə 0,8% azalaraq barel üçün 90,59 dollara enib.

Mənbələr danışıqlarda mümkün irəliləyiş əlamətlərinə işarə edir. Daha əvvəl Asim Munirin dialoqa qayıdışla bağlı Tehrana səfər etdiyi bildirilmişdi.

Bu fonda Asiya bazarlarında artım qeydə alınıb: Cənubi Koreyanın KOSPI indeksi təxminən 1,9%, Honkonqun Hang Seng Index indeksi 0,68%, Tayvanın TAIEX isə 0,48% artıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş