Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, Çin və Ukrayna arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar–mart aylarında illik müqayisədə 19,6% artaraq 1,9 milyard dollar təşkil edib.
Qurumun məlumatına əsasən, hesabat dövründə Çinin Ukraynaya ixracı 32% artaraq 1,3 milyard dollara çatıb. Eyni zamanda, Ukraynadan idxal illik müqayisədə 1,5% azalaraq 604 milyon dollara düşüb.
Mart ayında iki ölkə arasında ticarət dövriyyəsi 4,6% artaraq 605,1 milyon dollar təşkil edib.
Bununla yanaşı, qeyd olunur ki, Çin və Ukrayna arasında ümumi ticarət dövriyyəsi 2025-ci ildə 2024-cü illə müqayisədə 2,6% azalaraq 7,78 milyard dollar olub.
İzmedia.az
![]()

