Rusiyanın “Şərq” qrupu Zaporojye istiqamətində əks-hücumu dəf etdiyini açıqlayıb

1 Min Read

Hərbi ekspert Vitali Kiselyov TASS agentliyinə bildirib ki, Rusiyanın “Şərq” döyüş qrupunun pilotsuz uçuş aparatları operatorları Zaporojye bölgəsində Ukraynanın əks-hücum əməliyyatını dəf edərək düşmənin hücum texnikasını və nəqliyyat vasitələrini məhv edib.

Onun sözlərinə görə, Zaporojye–Dnepropetrovsk istiqamətində Rusiya qüvvələri yeni mövqelər tutur. “Ukraynanın əsas istehkamını, həmçinin dron operatorlarının gizləndiyi logistika mərkəzini və bazanı ələ keçirdiyimizə dair təsdiqlənmiş məlumatlar var. ‘Şərq’ döyüş qrupunun dron operatorları Zaporojye bölgəsində əks-hücumun qarşısını alaraq hücum maşınlarını və nəqliyyat vasitələrini məhv edib. Əməliyyat plana uyğun davam edir”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, Ukrayna hərbi analitikləri vəziyyətlə bağlı narahatdır və Rusiya qüvvələrinin Zaporojye və Dnepropetrovsk vilayətləri istiqamətində hücuma hazırlaşdığını bildirirlər.

Kiselyovun sözlərinə görə, bu zərbələr Donetsk bölgəsində aparılan əsas əməliyyata dəstək məqsədi daşıyır və Dnepropetrovsk vilayəti artıq strateji irəliləyiş üçün faktiki olaraq cinah zonası kimi qiymətləndirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş