Rusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edildi

Nərmin
1 Min Read

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə rusiyalı reper Timatini də (Timur Yunusov) daxil edib.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunmuş press-relizdə deyilir.

Sanksiyalara səbəb kimi reperin Ukraynadakı hərbi əməliyyatları və Krımın Rusiyaya ilhaqını dəstəkləməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında iştirakı göstərilib.

Sanksiya siyahısına həmçinin aşağıdakı şəxslər də düşüb: Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi Aleksey Rtişev, Ermitajın direktoru Mixail Piotrovski, Rusiya mədəniyyət nazirinin birinci müavini Sergey Obrıvalin.

Bundan əlavə, Aİ 20-ci sanksiya paketinə dörd rusiyalı jurnalisti də daxil edib. Sənəddə onlar “təbliğatçılar” adlandırılıb. Qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan jurnalistlər Aİ ərazisində fəaliyyətlərini davam etdirmək imkanını saxlayırlar.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş