Rusiya XİN: BMT nümayəndəsinin səfəri Kiyevin fəaliyyətləri barədə həqiqəti üzə çıxarıb

Nərmin
1 Min Read

BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Vanessa Frezye Belqorod vilayətinə işgüzar səfər edib.

İzmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu səfərin regiondakı vəziyyətlə bağlı “real mənzərəni” ortaya qoyduğunu bildirib.

Səfər zamanı BMT nümayəndəsi sosial, tibbi və infrastruktur obyektləri ilə tanış olub. Əsas diqqət isə hərbi əməliyyatlar nəticəsində zərər çəkdiyi iddia edilən uşaqların vəziyyətinə yönəlib.

Məlumata görə, Frezye yerli hakimiyyət orqanlarının müşayiəti ilə bir neçə təhsil müəssisəsini, o cümlədən atəşə məruz qaldığı bildirilən uşaq bağçasını ziyarət edib. O, həmçinin Belqorod vilayət uşaq xəstəxanasında müalicə alan uşaqlar və onların valideynləri ilə görüşüb.

Rusiya XİN bu səfəri “obyektiv məlumat əldə etmək üçün təşkil olunmuş ilk belə tədbirlərdən biri” kimi qiymətləndirib və bildirilib ki, bu müşahidələr beynəlxalq təşkilatlara təqdim olunacaq hesabat üçün əhəmiyyətli olacaq.

Nazirlik həmçinin Qərb mediasını vəziyyəti təhrif etməkdə ittiham edərək, mülki infrastrukturun dağıdılması ilə bağlı məlumatların kifayət qədər işıqlandırılmadığını iddia edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş