Xorvatiya basketbol millisinin və NBA-nın “New Orleans Pelicans” klubunun oyunçusu Karlo Matkoviç (25) Serbiyanın “6.75” podkastına qonaq olub və karyerası, təcrübələri və gələcək planları barədə danışıb.
Livnoda doğulan xorvat basketbolçu karyerası ərzində bir neçə klubda çıxış edib. O, “Cedevita”, “OKK Belqrad”, “Mega” və Xorvatiya milli komandasında oynadığı matçlarla geniş tanınıb. Mərkəz mövqeyində çıxış edən Matkoviç atletikliyi, müdafiədə enerjisi və səbət altındakı effektiv oyunu ilə seçilir.
Dunk Müsabiqəsi barədə
Aparıcıların NBA-nın məşhur Dunk Müsabiqəsində iştirak ehtimalı ilə bağlı sualına cavab verən Matkoviç bildirib:
“Məni dəvət etməyiblər, amma getmək istərdim. Komandamızdan heç kim orada olmayıb. Ən pis nəticə ilə belə çıxış etsəm, deyərəm ki, orada idim.”
Luka Donçiçlə epizod
Söhbət zamanı onun digər ulduz oyunçularla əlaqəsi də müzakirə olunub. Matkoviç Sloveniya millisinin lideri Luka Donçiçlə bağlı maraqlı bir xatirə bölüşüb:
“Lukanı dirsəklə vurdum, ona görə də Sloveniyanın düşməni oldum. Bu, yoldaşlıq oyunu idi və tullanarkən təsadüfən baş verdi. Kiçik bir dava da düşdü. Tamaşaçılardan biri mənə orta barmaq göstərdi və uşaqla oturmuşdu. Mən də dedim ki, ayıb olsun!”
Aparıcılar həmçinin Matkoviçə Nikola Yokiçlə birlikdə oyun qurmaq ideyasını da zarafatla təqdim ediblər.
İzmedia.az
![]()

