ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirib ki, hazırda Fars körfəzində 87 ölkəni təmsil edən yük gəmiləri Hörmüz boğazından keçid üçün növbə gözləyir.
Müdafiə rəsmisi komandanlığın rəsmi saytında yaydığı açıqlamada qeyd edib: “Hazırda Ərəbistan körfəzindəki gəmilər dünyanın 87 ölkəsini təmsil edir”.
Kuper əlavə edib ki, son 24 saat ərzində komandanlıq onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayaraq onların Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək istiqamətində fəaliyyət göstərib.
İzmedia.az
![]()

