Təyyarə qəzasında şok iddia: pilotlar son saniyələrdə sükan uğrunda mübarizə aparıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, 2022-ci ildə Çində qəzaya uğrayan China Eastern Airlines şirkətinə məxsus Boeing 737 təyyarəsinin qara qutularının analizi yeni versiyanı gündəmə gətirib.

İstintaq materiallarına görə, təyyarənin yerə çırpılmasından 18 saniyə əvvəl idarəetmə sistemi əks istiqamətlərdə hərəkət edib. Mütəxəssislər bunu pilotlar arasında fiziki qarşıdurma ehtimalı ilə əlaqələndirirlər.

Amerikalı ekspertlərin araşdırmasına əsasən, sükanın hərəkətində qeyri-adi və kəskin dəyişikliklər qeydə alınıb. Aviasiya hadisələri üzrə mütəxəssis Ceff Quzetti bildirib ki, bu cür vəziyyət ekipaj üzvlərindən birinin digərinin təhlükəli hərəkətlərinə mane olmağa çalışdığını göstərə bilər.

Araşdırma zamanı mühərriklərin də təyyarə dik enişə keçməzdən əvvəl tam söndürüldüyü məlum olub. Bildirilir ki, yanacaq ötürmə qollarını sıfır vəziyyətinə gətirmək üçün şüurlu insan müdaxiləsi tələb olunur.

Mənbələrin sözlərinə görə, kabin diktofonunda qışqırıqlar, ağır nəfəs səsləri və mübarizəni xatırladan səslər eşidilib.

Xatırladaq ki, faciə nəticəsində təyyarədə olan 132 nəfərin hamısı həlak olmuşdu. Çin rəsmiləri isə qəzanın yekun səbəbi ilə bağlı hələ də rəsmi hesabat açıqlamayıb.”

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş