Netanyahu: İsrail Hizbullaha qarşı əməliyyatları dayandırmayacaq

1 Min Read
İsrailin Baş naziri Benjamin Netanyahu CBS News-a müsahibəsində bildirib ki, İsrail İrana qarşı ABŞ-İsrail müharibəsinin başa çatdırılması naminə Livandakı şiə “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatları dayandırmağa razı olmayacaq.

İsrailin İranla mümkün sülh razılaşmasının bir hissəsi kimi “Hizbullah”a qarşı əməliyyatları dayandırmağa hazır olub-olmayacağı ilə bağlı suala Netanyahu “xeyr” cavabını verib.

Bununla yanaşı, o, ABŞ prezidenti Donald Trampın belə bir tələb irəli sürəcəyi halda İsrailin “Hizbullah”a qarşı döyüşləri dayandırıb-dayandırmayacağı ilə bağlı suala birbaşa cavab verməyib.

Netanyahu eyni zamanda bildirib ki, İranın ciddi şəkildə zəifləməsi və ya ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi “Hizbullah”, HƏMAS və Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husi üsyançılarının da zəifləməsi və ya süqutu ilə nəticələnə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş