Rusiya səfiri: Moskva və Düşənbə strateji tərəfdaşlığı uğurla inkişaf etdirir

1 Min Read

Rusiya və Tacikistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini qoruyub saxlayır, həmçinin qarşılıqlı əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik əlaqələri inkişaf etdirirlər. Bu barədə Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev TASS-a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, aprelin 8-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü qeyd olunub.

“Bu tarixə mühüm nailiyyətlərlə gəlib çatmışıq. Etibarlı strateji tərəfdaşlığımız və müttəfiqliyimiz, bütün sahələrdə dinamik əlaqələrimiz, eləcə də sektoral əməkdaşlıq üçün dayanıqlı mexanizmlərimiz mövcuddur”, – deyə Qriqoryev bildirib.

Səfir əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında formalaşmış qardaşlıq münasibətləri, həmçinin hər iki ölkə rəhbərliyinin çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə olan qarşılıqlı marağı dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Onun sözlərinə görə, Moskva ilə Düşənbə arasında münasibətlər 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədlə tənzimlənir.

Qriqoryev vurğulayıb ki, bu hüquqi baza xüsusilə 25 may 1993-cü il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi, eləcə də 16 aprel 1999-cu il tarixli XXI əsrə yönəlmiş Müttəfiqlik Qarşılıqlı Əlaqələri haqqında Müqaviləyə əsaslanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş