Amerikalı ekspert: Avropa Ukraynada sülh prosesinə kifayət qədər dəstək vermir

1 Min Read

Avropa Ukraynada sülh yolu ilə həll prosesinə investisiya qoymaq məsələsində yetərincə iradə nümayiş etdirmir. Bu fikirləri TASS-a açıqlamasında Kvinsi adına Məsul Dövlətçilik İnstitutunun Avrasiya Proqramının tədqiqatçısı Mark Episkopos səsləndirib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqı ilə danışıqlara hazır olması barədə açıqlamalarını şərh edərkən bildirib ki, Avropa liderləri istənilən vaxt konstruktiv və həll yönümlü yanaşma ilə danışıqlar masasında iştirak edə bilərlər.

“ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsü çərçivəsində məhz bu istiqamətdə addımlar atılır. Lakin yaxın gələcəkdə Avropanın oxşar yanaşma sərgiləyəcəyinə dair ciddi əlamətlər görünmür. Müəyyən irəliləyişlər əldə olunsa da, Avropanın davamlı dəstəyinin olmaması sülh danışıqlarını çətinləşdirir”, – deyə Episkopos vurğulayıb.

Amerikalı analitik ABŞ-ın Avropa İttifaqına Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməsi üçün təzyiq göstərəcəyi ehtimalını da real saymadığını bildirib.

“Ağ Ev avropalıların Ukrayna sülh prosesinə yanaşmasını dəyişəcəyini gözləmir və onları buna məcbur etmək üçün təzyiq göstərmək niyyətində deyil”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, Ukrayna üzrə sülh sazişi əldə olunmadan və diplomatik münasibətlər üçün yeni zəmin yaranmadan Avropa ilə Rusiya arasında ciddi dialoqun qurulması çətin olacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş