Böyük Britaniyada yaşayan 47 yaşlı Malcom MacDonald ağır infeksiyadan sonra keçirdiyi qeyri-adi tibbi proseslə gündəmə gəlib.
Hadisə 2014-cü ildə baş verib. Kişi ağır sepsis (qan zəhərlənməsi) keçirib və nəticədə bədənində ciddi toxuma zədələnməsi yaranıb. İnfeksiya səbəbilə onun orqanı ciddi şəkildə zədələnərək funksiyasını itirib.
Həkimlər həyatını xilas etmək və rekonstruksiya aparmaq üçün yeni orqan hazırlamaq qərarına gəliblər. Müasir cərrahiyyə üsulu ilə xəstənin öz toxumalarından istifadə edilərək “yeni orqan” formalaşdırılıb və qan dövranı üçün müvəqqəti olaraq onun qol nahiyəsinə yerləşdirilib.
Plan ilkin olaraq qısa müddətli olsa da, müxtəlif tibbi problemlər, əməliyyat gecikmələri və daha sonra pandemiya səbəbindən proses uzanıb. Nəticədə xəstə təxminən 6 il ərzində həmin vəziyyətdə yaşayıb.
2022-ci ildə isə London universitet xəstəxanasında təxminən 9 saat davam edən əməliyyat ilə hazırlanmış orqan uğurla lazımi yerinə köçürülüb və transplantasiya tamamlanıb.
Həkimlər bu prosesi rekonstruktiv urologiyada nadir və mürəkkəb hallardan biri kimi qiymətləndirirlər.
Xəstə əməliyyatdan sonra özünü daha yaxşı hiss etdiyini və bunun onun həyatında yeni mərhələ olduğunu bildirib.
izmedia.az
![]()
