Financial Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı Rusiya ilə mümkün danışıqlarda Aİ nümayəndəsi vəzifəsi üçün Almaniyanın keçmiş kansleri Angela Merkel və İtaliyanın keçmiş baş naziri Mario Draqinin namizədliyini nəzərdən keçirir.
Vəziyyətlə tanış olan mənbələr bildiriblər ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri gələn həftə Kiprdə keçiriləcək görüş zamanı danışıqlar üçün mümkün namizədləri müzakirə edəcəklər. Bəzi Aİ ölkələri Finlandiya Prezidenti Aleksandr Stubb və ölkənin keçmiş prezidenti Sauli Niinistönün namizədliyini də irəli sürüblər.
Hazırda təşəbbüslə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır və Aİ liderlərinin iyun ayında keçiriləcək sammitdə də bu məsələni gündəmə gətirə biləcəyi istisna edilmir.
Avropanın yüksək vəzifəli rəsmilərindən birinin sözlərinə görə, Aİ Rusiyadan dərhal atəşkəsin əldə olunmasını və mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasını istəyir.
Qəzet xatırladır ki, daha əvvəl həm ABŞ, həm də Ukrayna Aİ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrin başlanması ideyasını dəstəkləmişdi.
Avropa İttifaqı 2022-ci ildə Ukrayna münaqişəsi başladıqdan sonra Moskva ilə bütün əlaqə kanallarını bağlayıb.
İzmedia.az
![]()

