Fransadakı minlərlə supermarket mağaza oğurluğunu azaltmaq məqsədilə süni intellekt texnologiyasından istifadə etməyə başlayıb.
İzmedia.az bildirir ki, proqram təminatı alıcıların hərəkətlərini real vaxt rejimində təhlil edir və şübhəli davranışları qeyd edir.
Sistem mağaza kameralarından görüntüləri analiz edir. Alqoritm bir əşyanı çantaya qoymaq, kassada skan etmədən məhsula dəfələrlə toxunmaq kimi şübhəli jestləri aşkar etdikdə, qısa videoçarx şəklində mağaza işçilərinə xəbərdarlıq göndərir.
Paris yaxınlığındakı Montreuil supermarketinin meneceri Nelson Lopes bildirib ki, xəbərdarlıq hər zaman oğurluq anlamına gəlməsə də, işçilər dərhal kamera görüntülərini izləyərək tədbir görür. O əlavə edib ki, texnologiya itkilərin əhəmiyyətli dərəcədə azalmasına kömək edir, lakin istifadəsi əsasən tənzimlənmədiyindən məxfilik və şəffaflıqla bağlı suallar yaranır.
İzmedia.az
![]()

