Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və Qazaxıstan xarici işlər nazirinin birinci müavini Yerjan Aşikbayev Astanada ikitərəfli məsləhətləşmələr keçiriblər.
İzmedia.az bildirir ki, görüşdə silahlara nəzarət və qarşıdan gələn tədbirlər üzrə məsələlər müzakirə olunub.
Qazaxıstan Xarici İşlər Nazirliyi məlumatına görə, tərəflər qlobal təhlükəsizlik gündəliyindəki aktual mövzuları, o cümlədən nüvə tərksilahı və yayılmamasının gücləndirilməsi, bioloji təhlükəsizlik və ixrac nəzarəti məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin çoxtərəfli strukturlar daxilində aparılan işlər müzakirə olunub. Bunlara BMT Baş Assambleyası Birinci Komitəsi, Cenevrədə keçirilən Silahsızlanma Konfransı və bu il Nyu-Yorkda keçiriləcək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 11-ci İcmal Konfransı daxil olub.
Qazaxıstan 1994-cü ildən nüvə silahı olmayan dövlət kimi Nüvə Silahlarının Yayılmaması Müqaviləsi-yə qoşulub.
![]()

