Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

1 Min Read

Nyu-York şəhərinə yaxınlaşan güclü qar fırtınası ilə əlaqədar şəhərin meri Zohran Mamdani fövqəladə vəziyyət elan edib.

İzmedia.az bildirir ki, o, bu barədə özünün X sosial media hesabında məlumat yayıb.

Mer bildirib ki, 22 fevral axşam saatlarından 23 fevral günortaya qədər şəhərin magistral yolları nəqliyyatın hərəkəti üçün bağlanacaq. Məhdudiyyətlər çərçivəsində məktəblər fəaliyyətini dayandıracaq, həmçinin şəhər ərazisində istilik stansiyaları (qızınma mərkəzləri) açılacaq.

National Weather Service-nin məlumatına görə, Nyu-Yorkda təxminən 18 düym (təxminən 45 santimetr) qar yağıntısı gözlənilir. Eyni zamanda, küləyin sürətinin saatda 80 milə (təxminən 26 m/s) çatacağı proqnozlaşdırılır.

Rəsmi qurumlar sakinlərə zəruri olmadıqca evdən çıxmamağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş