Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, 70 nəfərdən ibarət Ukrayna çoxmillətli qüvvələrinin qərargahı münaqişə bitdikdən sonra “könüllülər koalisiyası”ndan qoşunların Ukrayna ərazisinə yerləşdirilməsi üçün hazırlıq işlərinə başlayıb.
“Ukrayna üçün bu Çoxmillətli Qüvvənin bir hissəsi olaraq, 70 nəfərlik qərargah fəaliyyət göstərir və Böyük Britaniya qüvvələri üçün hazırlıqlar bu hökumətin 200 milyon funt sterlinq (270 milyon dollar – TASS) maliyyəsi ilə dəstəklənir”, – deyə açıqlamada bildirilir.
Nazirlik qeyd edib ki, 24 fevralda Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə qondarma “könüllülər koalisiyası”na üzv dövlətlərin video konfransı keçiriləcək.
İzmedia.az
![]()

