Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır – FOTO

1 Min Read

Cəlilabad rayon sakini itkin düşüb.

İzmedia.az-ın məlumatına görə, Cəlilabad rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevral ayının 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş